top of page
Are you ready? - ACDC
00:0000:00

ARE YOU READY?!

   Səhər. Saatın əsəbləşdirici səsi beynimə düşür. Gözü yumulu yatağımda telefonumu axtarıram budilnikin səsini kəsmək üçün. Gözlərimin açılmasınndan təxmin edirəm ki, dünən əla keçib və boğazıma kimi içmişəm yenə. Amma budilnikin səsi o qədər əsəb oynadıcıdır ki, gözlərimi açıb tapıb bu səsi kəsməliyəm, yoxsa yuxunun şirinliyindən əsər əlamət qalmayacaq. Yavaş-yavaş gözümü açmağa çalışıram və telefonu tapıb söndürürəm. Amma niyəsə yenə də əsəbiyəm. Yenə də o səs ACDC qrupunun "ARE YOU REDY?!" mahnısı mənim qulaqlarımı cırmaqlayır. Çatmır mənə ilk öncə. Elə bilirəm dünən içdiklərimin əks təsiridir ki, mahnı hələdə qulaqlarımdan getmir. Hətta "Horn Hand" qaldırıram havaya ki, Brian Johnson-un mənə yazığı gəlsin və səsini kəssin. Amma yoxee. Musiqi, hard Rock davam edir yenə... Sonra başa düşürəm ki, bu paralel dünyada baş verir. Mən isə Spirto adlanan dünyada hələdə ilişib qalmışam. Hələdə yuxu görürəm. Yuxudan ayılmaq üçün özümü zorlayıram. Bütün diqqətimi cəmləyirəm ki, gözlərimi açın və Brianın səsini kəsim. Nəhayət ki, real həyata qayıdıram. Gözlərimi açıram və yeni anadan olmuş uşaq, işığı sanki ilk dəfə görürmüş kimi üzümü turşuduram. İşıq elə bil gözümü deşərək "Sənə dünənkilər lazim idi?!" deyir. Başımı qaldırmaq istəyirəm amma başım sanki boş qazan kimi və sanki dağdan başı aşağı düşmüş kimi ağrayır. Bu ya ötən gecənin Jack-indən ya da absentindəndir. Tekilada ola bilər xatırlamıram nəsə. CMLYZ demişkən "Üçünün bir yerdə iyrenç ilişkisi"indəndə ola bilər. 

     Nəhayət gözlərimi yarımçıqda olsa açmağa nail oldum. Sağa-sola göz atıram ki, o lənətə gəlmiş telefonu tapım. Amma nəsə yatağımın yaxınlığında görünmür. 100% dünən gecə özüm qəsdən uzağa bir yerə qoymuşam ki, səhər əziyyət çəkim. Ya elə etmişəm ki, durub onu söndürənə kimi yuxum qaçsın ya da dünənki mən konkret mənimlə mirt tutur elə bil. Nə isə birinci varianta ümid edib stolun üstünə qoyduğumu təxmin edirəm. Blin! Ayağa qalxmaq lazım olduğunu düşünürəm amma fikirləşməyə belə halım olmadığı üçün başım avtomatik yenə o şirin, cazibədar yastığa doğru düşür. Amma birdən ağlıma gəlir ki, bu mahnı gün bazar günü olmadığını, Dolayısı ilə işə getmək lazım olduğunu deyir. Əlbətdə ki, ona görə Brian orda qışqırır mənə ki, "ARE YOU READY?!". Bunu mən bilərək qoymuşam. Deməli ayağa qalxıb o zibil telefonu tapmaq lazımdı. Bəlkə ani yataqdan tullansam, məni ona bağlayan yuxu qabığından çıxa bilərəm və stola çata bilərəm. 

    Brian hələ də boğazını cırır orda və mənim əsəblərimi daha da tarıma çəkir. Mən birdən yerimdən tullanıram və əsəbi olaraq stola doğru yaxınlaşıram və telefonu nəhayət ki, görürəm. O qədər əsəbiyəm ki, onu əlimə alıb divara doğru tullayıram və telefon yenə də o mahnının sədaları altında parça-parça olaraq havada dağılır. Telefonun qırıntıları hava süzülür ətrafımda. Özümü rahatlamış kimi hiss edirəm və üzümdə şeytani bir gülümsəmə yaranır. Amma bu mahnının sadaları niyə kəsilmir axı? Axı elə bil mən Brianı çilik-çilik etmişəm. O, artıq oxumamalıdır. Lənət sənə absent! Mən yenə yuxu görürəm. Bu yuxunun əsəbindən artıq oyanıram. Qarabasma görmüş kimi yuxudan dururam sanki və yuxum qaçır nibətən. Artıq o qədər o lənətə gəlmiş stola çata bilməyəcəyimi beynimə yeritmişəm ki, beynimdən xəyallar keçir "Bu amortizasiyası keçmiş telefun zaryadkası qurtarsaydı, lənət Brianda səsini kəsərdi." Amma yox. Mənim dünənki halım o qədər də ağılsız olmayıb. Öz qurbanı ilə məzələnmək üçün hər şeyi soyuqqanlı manyak kimi fikirləşib, planlayıb. Gecədən stolun üstünə qoymağının məqsədi elə telefonu zaryadkaya qoymağı idi çünki. Tak şto o Brian mən durub öz əllərimlə səsini kəsməyincəyə kimi beynimi qaşıyacaq. 

    Mən artıq yataqdan özümü atmağı qərara aldım. Korpusumla üzü yuxarı doğru çevirilirəm və yatağın kənarına doğru ilan kimi sürünürəm. Aşağı doğru qorxa-qorxa baxıram. Blin, mənim yatağım hələ mənə bu qədər hündür gəlməmişdi. Mən gərək elə edim ki, bir yerimi əzmiyim düşəndə. Bunun üçün yer ilə mənim aramda dayaq rolunu oynayacaq bir şey lazımdı. Ağıllı olduğum üçün o saat ağlıma əllərimdən istifadə etmək gəlir. Mənim iki dənə yataqla yerin arası məsafəsində uzun əllərim var. Amma hardadır onlar? onları hiss etmirəm və mən onlardan niyə daha öncə istifadə etmədim telefonu axtararkən? Onları mən niyə hiss etmirəm? bu yenə də yuxudu? Yox. Bunun yuxu olmuyacağını dərk edəcək qədər "hərəkət" edib yuxumu az da olsa qaçırmışam. Bu yalnız O, ola bilər. Hə! Onun işləridir. Dünənki mən indiki mənə qarşı qurduğu növbəti mirtlaşma tələlərindən birinin nəticəsidir. Özümü söyürəm ki, "niyə əlləri üstə yatırsan ki, səhər də onları hiss etməyəsən?". Əllərim keyiyib. O qədər keyiyib ki, hiss etmirəm və indi o lənət mahnını söndürməsəm bütün məhlə oyanacaq. Tələsmək lazımdı. Tez düşünmək, cəld  hərəkət etmək lazımdı. Özümü yenə korpusumdan istifadə edərək çevirib yataqdan arxası üstə atıram yerə və səhər vaxtı gecənin ulduzlarını görməyə nail oluram. Yuxu qalmadı daha. Qaldı bu baş ağrısı və əllərimdən istifadə etmədən yerdən ayağa qalxmaq. Dizlərim üstə qalxıb ayaqlarımı yerə kökləməyə çalışıram və yavaş-yavaş qalxmaq istəyirəm ki, başımın ağrısı məni  daha da dəli etməsin. Dizlərim titrəyə-titrəyə ayağa qalxıb bir az dəyanıram. Blin yatağımla stol arasındakı məsafə hələ bu qədər uzun görünməmişdi mənə. Gözlərimi zilləmişəm stolun üstündəki bar-bar bağıran telefona. O qədər əsəbiyəm ki, Brian canlı qabağımda olsa boğub öldürməyə hazıram sanki. 

    Və nəhayət ilk addımımı atmaq istəyirəm, ayağımı qaldırıb qabağa doğru bir addım atım amma ağırlıq məni yönləndirməyə başlayır. Amma tərs yönə. Önə yox, arxaya. Mən yatağa yıxılıram. Artıq əsəbimdən partlayıram. Dünənki günü yada salıb necə bu günə gəldiyimi yadıma salıram amma hər bulanıq gəlir yadıma. Hələ tam ayılmamışam. "Bəsdir daha!" deyib özüm özümə yumruqlarımı sıxmağa çalışıram ki, hiss edim əllərimi. Əllərimi yumub açıram ki, qan daha tez işləsin qollarıma. Yavaş-yavaş qolarımda qıcıqları hiss etməyə başlayıram. Artıq hiss edirəm əllərimi. Əlləriçə taqət gəldikcə gözlərim nəlbəli boyda açılır amma həm də qaşlarım hirsimdən çatılır. 

    Əllərimin köməyi ilə qalxıram yataqdan. Ayağa qalxıram. Artıq qarşımda bir məqsəd var o, da stola çatmaq və telefonu əlimə almaq. Ağır və qərarlı addımlarla addımlayıram ona ki, yıxılmayım. Stola yaxınlaşıb nəhayət o beyin cırmaqlayan budilnikli telefonu əlimə alıram. Sanki Evereste qalxmış alpinist kimi budilniki fəxrlə söndürürəm son bir dəfə baxıb atıram stola ki, gedim əl-üzümü yuyumvə işə hazırlaşım getməyə. Stolun üstünə sanki düşmanımı öldürmüş kimi tullayıram telefonu və dönürəm qapıya doğru. Amma nəsə mənim gözümə dəymişdi axıtelefonda. Geri dönüb əlimə alıram və telefondakı yazı mənim sanki başımdan bir vedrə soyuq su tökdü. Dünənki mən sonuncu fatalytini eledi mənimlə. Bazar günü imiş. Özümə nifrət edirəm mənimlə belə mırtlaşdığım üçün... 

                                                                                                                EPSOdS

bottom of page