top of page

     Susma ey Dəniz! Çırp dalğalarını qayalara! Küləklə qarışaraq ləpələrini hiss etdir mənə. Mənim korluğumu mənə əziyyət etdirmə. Səs sal dalğalarınla ürəyim rahatlasın səsindən. Sərin damcılarını isti üzümdə hiss etdir, içimdəki yanğın sönsün. Dalğalarınla ayaqlarıma yaxınlaş sonra geri qayıt nazınla oynayım bir uşaq kimi sənin arxanca qaçım. Sevdir məni özünə. Susma, danış ey Dəniz! Susqunluğunla məni daha da dünyaya nifrət etdirmə. Zindanımda məni tək qoyma. Sakitliyin mənə hüzün verirş. Sakit durma coş ey Dəniz! 

Səndə susma ey gecənin zülmətində Günəşin varlığının inamı. Dənizin üzərinə sal Günəşin nurunu. Naxış ver ona ki, Dəniz də Günəşi hiss etsin. Üzülməsin o da mənim kimi. Bulutlara imkan vermə qabağını alsın. Arxana ulduzlarını al dəf et onları, aləmə bağır ki, sabah yenə Günəş gələcək. Yenə parıltısı Aləmi isidəcək... 

     Günəş!!! Nə gizlənmisən?! Bəsdir susdun!!! Danış! De ona onu necə sevdiyimi! De ona Dənizdə Ayda Səndə Onu axtardığımızı. Danışın artıq susmayın! Məni təklikdə qaranlıqda buraxmayın. Divarlarda həsrətimin cırmaq izlərini göstər ey Günəş! Yollarda inam izlərimi göstər ona ey Günəşin varlığına sübüt! Təkliyimin ürək döyüntülərini pıçılda ey Dəniz! 

                                                                                                                EPSOdS

bottom of page