top of page

İKİ NÖQTƏ BİR XƏTT
Dizlərin asfalta dəydi. Dabanlarından yorğunluq axır. Tərin alnından, yanaqlarından mirvari dənəsi tək süzülüb yerə, yerə dayadığın əlinin üstünə düşür. Bulanıq görən gözlərinlə tər damcılarına baxaraq nə əldə etdiyini düşünürsən və hərarətin daha da artır. Hirsindən dünyanı dağıtmağın gəlir amma yorğun əzələlərin belə səni yarı yolda qoyur. Çiynindəki yük sənə qara dəlik kimi ağırlıq verir. Öz özlüyündə cəhənnəm budur deyə düşünürsən... Amma o anda sonu olmayan yolun sonunda bir parlaq işıq diqqətini cəlb edir. Bu istəkdir. Başını qaldırıb qan qırmızı gözlərinlə o işığa baxırsan. Sənə sanki bir şey deyir yanıb sönməyi ilə. "Gəl! Yopla var olmayan gücünü! Qalx ayağa və mənə çat!" deyir. Sən gəldiyin yola geri dönüb nə qədər qət etdiyini düşünürsən. İtirdiklərini unutmusan artıq. Heç nə xatırlaya bilmirsən. Günəş başına o qədər vurub ki, bu yolda artıq manqurtlaşmısan.
Sənin üçün artıq bir aksioma var: iki nöqtə və bir xətt. Məqsəd, Nəticə və bu iki nöqtə arasında gedəcəyin düz yol. O işıq sənə olmayan gücü verir. İstək hissini aşılayıb ayağa qaldırır. Qalxdığın an artıq birinci nöqtəni vurmuş olursan. Getdiyin yolun sonu sənin istəyinə çatma Nəticəndir. Quyuda belə olsan sənin öləcəyin yer Misir taxtıdır.
EPSOdS
bottom of page