top of page

QORXAQ

Bir ildə belə keçdi ömrümdən getdi öz keçməkeşləri ilə, sevincləri və sınaqları ilə...Enişi yoxuşu ilə sıxıntısı ilə, rahatlığı ilə ovuclarımızın arasından bir zərrə də düşdü yerə. Başımı aşağı hər saldığımda itirdiyim ömrümü günümü saniyəmi görüb köks ötürürəm. Yuxarı qaldırdığımda leş qarğalarının mənim çökməyimi görüb tüklərimin necə biz-biz olduğunu hiss edirəm. Hər zərrəmi necə didəcəklərini gözümün önünə gətirirəm... Qorxurammı? Yox! Mən ölməkdən qorxmuram. Bu leş qarğalarından qorxmuram. Amma heyifsilənməkdən qorxuram. Əlimdəki qumların boşuna axıb getməsindən sonra didiləcək ətimdən o zaman ağrı hiss edəcəm çünki. Ruhumun necə parça-parça olub sonra cəhənnəmin qızmar tonqalında yanaraq parlaq küllərimin göyə sovrulmağından qorxmuram. Amma buna layiq olmaqdan qorxuram. Gözlərimin içində ölərkən, ölüm mələyinin gözünə baxarkən simaları görməkdən qorxuram. Hər kəs ölərkən itirəcəklərindən qorxur. Mən isə qazandıqlarımdan qrxuram. Əllərimdən ayaqlarımdan sallaşan ruhuma asılmış soyuq ağır zəncirlərin pas iyindən qorxuram. Mən qorxağam? Yox! Mən heç nədən qorxmuram. Bütün bunların bitəcəyini bilib qorxmamaq məni qorxudur. 

                                                                                                                                                                                                                                                                                            EPSOdS

bottom of page