top of page

HƏYAT BİR İNSANA NƏ VERİR?

Clubbed To Death - Unknown Artist
00:00

    Dəniz kənarında sakit həzin küləyin üzünə toxunur. Sən durğun suya baxırsan və qağayılar Bethoüenin C sharp minordan pianino sonatasındakı melodiyalar tək uçuşur. Göy üzü göm-göy bir az ağ rəngə çalan tonları ilə sanki sənə həyatın gözəlliyini Da Vinçi tək rəsm edir. İsti və yumşaq qumu əllərinə alırsan və barmaqlarının arasından axaraq həzin küləklə harmoniya yaradır. 

    Amma sən düşünürsən... Sən bu sakitlikdə içində fırtınalar qoparırsan. Suallar səni içəridən qəfəsə düşmüş vəhşi bəbir kimi cırmaqlayır. Çıxmağa çalışır. Amma sən onları içində saxlayaraq düşünürsən. Həyatın sənə nə verdiklərini bir-bir öz-özlüyündə sadalayırsan. İçində qanayan yaraları, edilən haqqsızlıqları, vurulan zərbələri küt ağrılarını dişlərinin arasına sıxaraq yaxınlarına yamsıtmamaq üçün nə qədər yük daşıyacağını, nə qədər süni gülüşlər saçacağını düşünüb özün özünü ele öz vicdanın qarşısında mühakimə edirsən... Sənə dənizin sakit suyu dibindən hər an üzə çıxacaq problemləri xatırladır. Həzin külək vurulan zərbələrin ağrılarına sığal çəkərkən mənəviyyatını incidir, sızıldadır. İsti qum əlindən axan gənclik illərini, qağayılar isə ölümü gözləyən leş qarğayılarını andırır...Həyat bir insana onunla mübarizə apara bilmədiyində cəhənnəmi elə sağlığında dadmağı verir... 

                                                                                                          EPSOdS

bottom of page