top of page

BİR ZAMANLAR
Qış fəsli. Sevmirəm bu fəsli mən. Qış fəsli daha çox mənə soyuq havası, yağan yağışların küçələri yumaq əvəzinə palçıq etməsi, yollarda tixaclar üzündən işə gecikmələri xatırladır mənə. Ağır geyimlərm, səhərləri yuxudan doymadan söyə-söyə isti yatağımdan qalxıb soyuq su ilə əl-üzümü yumağı xatırladır. Sevmirəm qışı. Yeni il bayramında atılan pirotexnikaların səsindən, atılan salutların buxalteriyasından narahat oluram.
Amma həmişə belə idimi? Yox!
Bir vaxtlar, uzun illər əvvəl mənim ən sevimli fəslim idi qış fəsli. Səbrsizliklə bu fəsli gözləyərdim. Dekabr ayı gələn kimi ilk gözlədiyim həmişə qar olardı. Əlbətdəki qar intizarda qoyardı məni. Daha sonra yağardı. Amma indiki kimi gec yox. İllər öncə hər qış yağardı qar. İndiki kimi 3 ildən bir yox. Bilmirəm bəlkədə onda qarın yağmasını çox istədiyim üçün idi. İllər öncə hətta bunun üçün arzu tutar, dua belə edərdim. Şaxta Babaya məktub yazıb pəncərədən atdığım belə olmuşdu... İndiyə kimi yadımdadır:
" Əziz Şaxta Baba. Bilirəm ki, məktubum sənə mütləq çatacaq. Eska deyir ki, keçən il sənə yazıb balkondan atmışdı. Səndən
bottom of page