top of page

MƏN KİMƏM?
Sözlərin bitdiyi yerdə ürəyimlə qışqırmaq istəyən? Eşidən var olsaydı kaş.
Hisslərin olmadığı yerdə hirsindən vulkan kimi partlayan? Hiss edən olsaydı kaş.
İmkanların olmadığı yerdə imansızlığı etməyə çalışan? İmkan verən olsaydı kaş.
Notların bitdiyi yerdə yeni melodiyalar pıçıldayan? İfa edən olsaydı kaş.
Səbrin bitdiyi yerdə sakitliyi qorumağa çalışan? Səbrsizlik epidemiya olmasaydı kaş.
Kiməm mən?!
Yolunu sona qədər getmək istəyən bir yolçu? Enişini yoxuşunu keçdim, uçurumlar olmayaydı kaş.
Kiməm mən?!
Dostluğu doğmalıq bilən? Xəyanətin dadını dadmayaydım kaş.
Sevgini həyatının mənası bilən? Qarşılığını görəydim kaş.
Zirvəyə can atan? Zirvədə tək qalmayaydım kaş.
Özünə yazığı gələn bədbəxt? Özündən yazıqları olmayaydı kaş.
Beş barmağının bir boyda olduğunu zənn edən kor? Yumruğumu sıxıb kənara saxlamayaydım kaş...
EPSOdS
bottom of page