top of page

Yağışlı hava. Yağış damcıları şüşədən süzülür sanki həyat kimi. Küçədə hamı harasa tələsir, kimsə işə kimsə görüşə, kimsə heç özüdə bilmir hara. Küçədə həyat necə “fast”, necə monoton və  "routine". Belədə olmalıdı primitiv həyat. Kafe bir başqa istidir, dinc və rahat. Önümdə həyatım kimi qara kofe öz ətirli dumanı ilə burulur havada, sanki rəqs edir onunla. Məni bir başqa hiss etdirir bu rəqs, daha xoşbəxt daha başqa rahat. Həyata baxışımı dəyişir sanki. Küçədə tələsən insanları sanki rəqs edir görürəm, üzlərindəki mənasız soyuqluqlar sanki uçmağı arzu edib buna nail olanın gülüşləri ilə əvəz olub. 

Kofemi hər içəndə gözlərimi yumub ətrini içimə alıram. Bu an özümü bu yağışlı havada küçədə amma rəngarəng bir dünyada təsəvvür edirem. Yağış suyunun doldurduğu kiçik kələ kötürləri uşaq kimi ayaqlayıb bu dünyanın həzzini hiss edirəm. Yağmur damcıları isti üzümə vurur və sanki hətta onlarda gülümsəyir, onlar da rəqs edirlər. Gözlərimi açıb onu görürəm qarşımda işıqlı və gülümsəyir saf yağış damcıları kimi. Danışır mənimlə nəsə deyir gülümsəyərək amma mən eşitmirəm onu. Qulağımda yalnız kofenin ətirli dumanı içimə siğal çəkir. Gözlərinə baxıram kofemi içərək. Xoşum gəlir onun gözlerində itməkdən bir kiçik prins kosmosdaki kimi... Hər dəfəki kimi kofem bitir. Yoxdur artiq o yumşaq istilik və ətirli duman. Yenə monoton həyat, hər bir yağış damcısı mənasız ətirsiz. Onun yerinə kafe, mən və siqaretimin kül iyi, boz tüstüsü.
EPSOdS

bottom of page