top of page

 

 

 

  Dörd divar... Betondan hörülmüş qara rəngə boyanmış qaranlıq beton divar... Bura necə düşdüyünü bilmirsən. O qədər dardıkı bu məkan sənə, sənin içinə qorxu salır. İçin daralır. Hara hərəkət edirsənsə et divarlardan birinə dəyirsən. O qədər soyuqdu ki, bu divarlar belini belə söykəyə bilmirsən. Divarlarda cırmaq izlərini görüb dəli olursan. Hə! Bu sənin izlərindi. Sən həmişə burda olmusan. Hər dəfə özünü aldadmısan ki, bura mövcud deyil. Amma həyatında bir tək reallıq olan elə bu beton divarlardı. Həmişə onları görməməzdən gəlmisən, yaddaşından silmisən, amma xarab val kimi fırlanıb yenə də o notlara qayıdırsan. O dörd divarın arasına gəlirsən.

    Bu divarlarla həyatının axırına kimi yaşamağamı məcbursan? Xeyr! Hər kəsin həyatında bir cür çətinliklər olur. Səninkinə sadəcə bu pəncərəsi, qapısı olmayan beton divarlar düşüb. Amma hər bir çətinlik mümkünsüzlük demək deyil. Külüng axtarma! Sənin külüngün İradəndi. Özünü topla və bir divar seç. Vur yumruğunla. Əsəbini bu divardan çıx! Var gücünlə vur! Bir nöqtəyə vur ki, nəm beton zəifləsin. Qorxma yumruğununun ağrısından. Ruhunun ağrımasından yaxşıdı. Ağrı varsa demək ki, hələ də yaşayırsan. Demək ki, hələ də ölməmisən. Vur ki, divar yıxılandan sonra əsəblərin sakit olsun. Təsəvvür et ki, bu divarı yıxdığından sonra arxasındakı çəmənliyə, Günəşin isti şüalarına qovuşacaqsan. Vur ki, o çəmənliyə ayaq basdığın ayaqlarından bütün yorğunluğun axsın, diz üstə çöküb üzünü Günəşə tutaraq həyatdan həzz alacaqsan, bir məhbus azadlığa çıxarkən həzz aldığı kimi. Vur ki, yosun basmış qara divarlar sənin səbrini hiss etsin. Bir daha önünə çıxmasın. Gözlərindəki qırmızı yaşları sil! Çökmək vaxtı deyil! Yumruqlarını sıx, var gücünlə və xatırla. Unutmaq vaxtı deyil. Sən manqurt deyilsən. Xatırla ki, belindəki yaraları kimlər vurub sənə. Xatırla ki, vurduğun zərbə möhkəm olsun! Xatırla! İnandıqların sinənə necə dağlar çəkib. Aynan yoxdursa toxun yaralarına. O yaralar hələ də sağalmayıb. Toxunduğunda hələdə sızıldayacaq. Amma sənin sızıldaman üçün yox, sənin daha da hirslə vurman üçün! Vur!!! Hər zərbən sonuncuymuş kimi amansızcasına! Bu divar sənin qədər güclü ola bilməz. Əlbət də bu divar yıxılacaq! Günəş isə sənə rahatlıq zərbəsini vuracaq. Bu dəfə sən özün yıxılacaqsan. Ömründə ilk dəfə özün yıxılacaqsan. Gülümsəyərək yıxılacaqsan və xoşbəxtlikdən qəh-qəhə çəkəcəksən. Əllərin yumruqdan açılıb çəmənliyə toxunacaq. Nəfəs aldıqca nəm divarların soyuqluğunu yox, şehdən ətirlənmiş güllərin sevgi nəğmələrini duyacaqsan. Quşlar ətrafında uçuşub sənə "YAŞAYIRSAN!" deyə qışqıracaqlar. 

                                                                                                                    EPSOdS

BETON DİVARLAR.

Unknown Track - Unknown Artist
00:00
bottom of page