
SÜPÜRGƏ PULU
İndi Azərbaycan keçid dövrünü keçir.Bu dövrdə bizim başımıza gelmeyen felaket demek olar ki,qalmayıb.Evvelce Sovet hakimiyyəti altında olarkən mənfur qonşularımızın Bakı,Suqayıt başda olmaqla digər şəhərlərimizdə amansız terror hadisələri yaratdılar.Sonra Sumqayıt hadisələri.Azərbaycan Sovet hakimiyyəti altından çıxmaq qerarına gelende rus qoşunları 20 yanvar 1990-cı ildə Bakıya girib qanlı faciə törətdilər.Daha sonra yene de ac göz,vəhşi qonşularımız ana-ata torpaqlarımızı işğal etmeye başladılar.Atəşkəs elan olmasa idi Bakıya qeder gelmek niyyətləri var idi ki,işğal etdikləri yerlərdə etdikləri soyqırım xarakterli fəlaketləri nəzərə alsaq bəlkə də bu bizim tarixdə ən ağıllı işimiz oldu. Bu dövrde bizi ayaqda saxlayan neftimiz qeder ehemiyyətli başqa bir amil de var ki bu da bizim millətin adını kirləyir.Əlbətdə bu amil bazar iqtisadiyatı kimi acımasız bir mühitdə,yeni demek olar ki,her şeyin pulla alına bilinən bir mühitdə vacib bir keyfiyyətdir.Bu al-verçilikdir.Bu bizdə daha qedim bir keyfiyyət olmalıdır ki,atalar sözlərinə də yamsılanıb:<<Al gülüm ver gülüm>>,<<qapalı bazar dostluğu pozar>> və s.Ancaq bu keyfiyyət artıq keyfiyyət olmaqdan çıxıb.Artıq bazarlarda deyil heyatımızın her bir sahəsinə daxil olan bu keyfiyyət bizi mənəvi dəyərlərimizdən ən əsası isə insanlıqdan çıxartmaq derecesinə gelib çıxıb.İndi sual vere bilersiniz ki al verçiliyin insanlığa ne dexli var?
Al verçiliyin bir başa dexli olmasa da ondan çıxan neticenin dexli çoxdur.Bu RÜŞVƏTXORLUQdur.Rüşvət almaq da bazarda meyve terevez satmağa benzeyir.Meselen bir telebe oxumadan imtahandan qiymət almaq isteyir.Gəlir rüşvət alan müəllimin yanına və sanki bazardan soğan alırmış kimi müəllimlə qiymət danışmağa başlayır.Tələbə beş qiymətinin qiymətini soruşur.Müəllim ona deyir ki: “sen mene kliyent getir men de sene güzeşt edim”.Bu tenbel telebe de gedir özü kimi savadsız amma varlı olan telebelere bu serfeli bazarlıq barede melumat verir və belece müəllimin bazarı açılır.Yenə də sual vere bilərsiniz ki,insanlığın bura ne dexli var?Var.Bu müəllim bazarının yaxşı gelir getirdiyini görür və hər şey de burdan başlayır.O qədər özünü təhlükəsiz hiss etməyə başlayır ki,bu müəllimin artıq savadlı telebeni de saymayıb ona da müştəri kimi baxaraq havayı mal vermək istəmir.Bu telebe de haqsızlığa uğrayır.Onun qabağına iki yol qoyulur.Ya rüşvət verib İnsanlıqdan çıxmalı ya da vermeyib laiq olmadığı bir qiymət alıb sınmaq.
Ne isə...keçək mövzumuzun adi olan hekayəyə “Süpürgə pulu”na.
El içində adətən 13-16 yaş arası oğlan uşaqları dəcəllik edəndə ata-anaları nənə-babaları onları dəcəlliklərindən arındirmaq üçün Şah İsmayıl Xətaini misal çəkərkən:” Ay bala! Şah İsmail sənin yaşında dövləti idarə edirdi.”Hamı Şah İsmayili də ,onun şəxsiyyəti,diplomatiyası,şairliyi və dövlət xadimliyi haqda bilir.Hamı bilir ki,o,ömrünün erkən çağında lider olmuş və ətrafında millətini yığmış,vahid dövlətini yaratmışdı.Amma uşaqlarına Şah İsmayılı misal çəkən valideynlər onun necə bir şəraitdə böyüdüyünü bilmirlər deyəsən.Çünki indiki uşaqalar elə bir şəraitdə böyüyürlər ki,yazıq uşaqlar necə Şah İsamyıl olsunlar.
Mənim hekayəm də elə hardasa 13-14 yaşlı uşaqlığının çiçəkli illərini yaşayan bir İsmayıl haqqındadır.Onun atası İsmayıl 5 yaşında olarkən Qarabağ da ŞƏHİD olmuş,dövlət ona ölümündən sonra MİLLİ QƏHRƏMAN adı vermişdir.Atası pilot idi.Qarabağda Ağdamda Şuşaya qaçqınları daşıyarkən erməni qəsbkarları onun vertolyoyunu vurub partladıblar.
Anası isə xeste olduğundan evdə tək oğluna terbiyə verir.
Coğrafiya müəlliməsi Gülnarə müəllimə nu sinifin sinif rəhbəridir.O, Qarabağ müharibəsi zamanı köçgün düşmüşdür.Qardaşıları və əri bu döyüşdə şəhid olublar.Gülnarə müəllimə rüşvətxor bir müəllimə olmaqla bərabər həm də çox kobud müəllimədir.Amma pulunu vaxtı vaztında çatdıran şagirdləri çox sevdiyindən onlarla yaxşı rəftar edir.İsmayılla isə həmişə pis keçinir.Çünki,İsmayıl dersə aid hemişə əlavə suallar verir və onu daha çox zehmet çəkməyə məcbur edirdi.Ona görə də İsmayıldan heç vaxt ders soruşmur və ümumiyyətlə danışdirmamağa çalışırdı.İsmayıl yatarkən isə ona toxunmurdu.Amma dərsin axırında həmişə müəllimə İsmayılı süpürgə pulu üçün mütləq oyadar və pulu gətirmədiyi üçün tənbehləyər.Hərdən bir çox hirslənəndə qulağını da çəkərdi.İsmayıl da heç nə olmamış kimi dərsdən sonra evin yolunu tuturdı.Evdə də anasına heç nə demir.Çünki, bilir ki,həmişəki kimi anası müəllimənin bu ultumatumuna cavab olaraq məktəbə gələcək,müəllimə də bu əhvalatın əslində belə olmadığını deyəcək,inandırmaq üçün şagirdlərə soruşmağı təklif edəcək,şagirdlər də qorxularından müəllimənin dediklərini təkrarlayacaq arada qalan da yenə də İsmayıl olacaq.
İsmayıl bir gün həmişə olduğu kimi coğrafiya dərsinə girib mürgüləməyə başlayır.Amma bu dəfə müəllimə sinifə girərkən onun əlində böyük bir xəritə də vardı. Şagirdlər ilk dəfə təzə xəritə gördükləri üçün sinifdə ajyataj yaranır.Həmişə kimi müəllimə şagirdləri sakitləşdirmək üçün bir aslan tək kükrəməyə başlayır.Bu kükrəməyə də əlbətdə ki,İsmayıl oyanır və əsnəyərək ətrafa göz yetirir.İsmayıl da xəritəni görür və yuxusu qaçır.Müəllimə xəritəni lövhəyə asır və başlıyır dərsə.İsmayılın gözünə xəritəki qara rəngə boyanmış sahə sataşır.Bu sahə işğal olunmuş torpaqlarımız idi.İsmayılın isə bundan xəbəri yox idi.İsmayıl xəritəyə nəzər yetirir və marağından çatlayır.Və nəhayət marağı ona üstün gəlir.İsmayıl ayağa qalxıb müəlliməyə müraciət edir.”Gülnarə müəllimə o xəritədəki qara ilə boyanmış rəng haradır?” Müəllimənin üzündəki zəhm bu sualadan sonra yox olur.Şagirdlər də bunu görüb sualın sanki vacib olduğunu hiss edirlər.Bir qədər sonra müəllimə ayağa qalxır və başlayır Qarabağ haqqında,mənfur qonşumuz ermənilər haqqında hətta özünün bu müharibə zamanı xatirələrini belə danışmağa.Bütün bunları danışdıqdan sonra dərsə davam edir.Şagirdlər Gülnarə müəllimənin dediklərindən təsirlənir.İsmayıl ordan burdan az çox bir şeylər eşitmişdi,atasının da bu müharibədə şəhid olduğunu bilirdi amma,bu müharibənin vəhşicə amansızca olduğunu ona heç kəs deməmişdi.Hətta anası belə ona bu haqda danışmırdı ki, birdən İsmayıl bu həqiqəti özünə yol bilər və bu yolda atası kimi həlak olar.
İsmayıl o qədər hisslər keçirir ki,özü də də bilmədən oturduğu yerdə özündən gedir.Gözlərini açanda ətrafına göz yetirir və görür ki,düz bir yolun başlanğıcında əlində məktəb çantası durub.İsmayıl bu yolun nə olduğunu və hara getdiyini çox yaxşı bilir və başlıyır bu yolda addımlamağa.Bir az getdikdən sonra yolun kənarında anasını görür.Anası gözləri bağlı ayaq üstə sanki yatıb.İsmayıl anasına yaxınlaşır və onu oyadır.Anası oyanarkən harda olduğu haqda hec bir təssəvvür edə bilmir bunu görən İsmayıl anasına sual verir:”Yadındadır?” Bu sualdan sonra anasının sanki gözünün qabağına ərinin onunla necə sağollaşması balaca İsamyılın atası müharbəyə gedəkən atasının arxası ilə necə ağlaması gəlir.Ərinin ölüm məktubu gətirən zabitin hüznlü siması gəlir.Anası İsmayıla hüznlə cavab verir:”Bəli!” İsmayıl bu cavabın ardınca :”ONDA GEDƏK!” deyib yoluna davam edir.Anası da onun ardınca getməyə başlayır.
Bir az da irəlilədikdən sonra yolun kənarında Gülnarə müəlliməni görür.Müəllimə də ayaq üstə sanki yatır.İsmayıl onu da oyadır və soruşur: “Yadındadı?” Gülnarə müəllimə yadına necə evindən didərgin düşdüyünü onu qoruyarkən ərinin necə ermənilər tərəfindən güllələndiyini qardaşlarının Azərbaycan bayrağına bürünmüş tabutları düşür.Böyük nifrətlə İsmayıla cavab verir:”Bəli!” İsmayıl ona da “ gedək” deyib yoluna davam edir.İsmayıl bu yolda tanıdığı tanımadığı bir çox insanı oyadır və onları ardınca getməyə səsləyir.Onların arasında cəmiyyətin bütün fərdləri var.Oğlunu vətən uğrunda itirən analar atalar da var,müharibədə ayağını,əlini itirənlər də.Ancaq ən əsası İsmayıl şərəfini namusunu itirənləri də bu yolda oyatmağa nail oldu.O,şəxsləri ki,müharibə zamanı min bir yolla müharibədən qaçıb sonra müharibəyə gedənlərə də iztehza ilə baxırdılar.Sanki bu yol bir həyat xətdi idi.Bu yolda irəliləməkdən qorxub özlərini yuxuya veriblər.Ancaq tam yuxuya getmədikləri üçün birinin onları silkələməsi bəs etdi.İsmayıl da bunu edərək öz ətrafında yüzlərlə,minlərlə,milionlarla insanı toplayaraq bu yola davam etdi və gedərkən yolun kənarında bir işarə görür.Bu işarə daha da irəlini göstərirdi və üzərində QARABAĞ yazılıb.İsmayıl bu işarəni görəndə içində yaşanmışların nifrəti,arxasındakı kütlənin vahidliyinin qüruru və yolun axrırında əldə edəcəyi qələbənin əminliyi ilə irəli addım atmaq istəyir ki,Gülnarə müəllimə kütlənin arasından insanları itələyərək və “İsmayıl” deyə kükrəyərək ona yaxınlaşır və başıdan bir qapaz vurur.İsmayıl bu qapazdan sonra özünə gəlir və görür ki,yenə də sinifdədir,zəng vurulub, uşaqlar ona gülərək tamaşa edirlər və Gülnarə müəllimə də onun başının üstündə durub,gözlərindən də alov saçılır:”Adə İsmayıl karsan?Səninlə deyiləm?”
İsmayıl gözlərini ovub müəlliməyə :”Bes Hamı hara getdi?”
Gülnarə müəllimə daha da hirslənərək ona:”Adə məni ələ salmisan?Sabah da SÜPÜRGƏ PULUNU gətirməsən,məndən rübün axırı yaxşı qiymət gözləmə!”
EPSOdS