top of page

QUYU

     Damarlarım şişib, bədənimdə qan dövranı yeyinləşir. Ürək döyüntülərimin səsi qulaqlarımı deşir. Yumruğum sıxılıdır, başım isti. Vurmağa divaraxtarıram. Divarlar artıq yoxdur. Azadam!!! Nə azadlıq nə qul olmaq məni sakitləşdirmir... Bəs nə istəyir ürəyim?! Niyə belə məni içəridən döyür? Niyə məni gərginlikdə saxlayır? Niyə gözlərim doluramma hönkürə bilmirəm? Bu qədər daşlaşmışam? Niyə addımımı  atarkən fəsadlara görə özümü qınamıram? Bu qədərmi geclənmişəm? Bu qədərmi alçalmışam? Qırdığım qəlblər məni qara-qara izləyərkən bundan zövq alarcasına daha da bir daha... Bu mənəm? Mən bu olmaq istəməmişdim axı? Güclü olub dünyanı xilas etmək istəmişdim. Dünyalar yıxmaq istəməmişdim. Əl tutmaq istəmişdim quyunun içindəki o kəsə. Dünya işığına çıxartmaq istəmişdim sadəcə. İstəmədi deyə özüm girdim o quyuya və dünyaya ordan  baxmağa başladım. Günəşin işığı düşməyən o nəmli qayalarla hörülmüş quyudan çıxmaq istəyirdim amma çıxa bilmədim. Mənə əl uzadanlarıda ora saldım. Vəhşiləşdim. Hissiz oldum. Gözlərim al qırmızı oldu. içimdəki işıq söndü. Üstümə qaranlıq çökdü. Nəm ciyərlərimi çürütdü. Nəfəsimi daraltdı. Qışqırmağa belə taqətim qalmadı. Diz çökdüm. Quyunun dibində diz çökdüm. Artıq mən də hiss etmirəm. Alqışlayın!!! Daş divarlar hördünüz. Sevinin!!! Artıq məndə sizdən biriyəm. Zil taxıb oynayın!!! Məni bu quyudan artıq heç bir tacir çıxardıb qul edə bilməyəcək. Daha Misiri aclıqdan, ədaletsizlikdən azad etməyəcəm! Çünki quyudan çıxmayacam!!!

                                                                                                                   EPSOdS

 

bottom of page