top of page

BƏSDİR!
Solğun baxışların ardı arası yox. Başın aşağı bəsdir asfalta baxdın. Gözlərinə qan dolub? Gözünün içinə bax! Bax ki, ruhu yansın baxışlarından. Çatılmış qaşların yanmış qanadından gələn ağrılardandırmı? Ayaqların üstündəsənsə yol sənindi. Sözlərin vurduğu xəncər kürəyində, hələ də sümüklərinə toxunur? Kar ol artıq ki, belini divardan başqaslna dayamayasan. Ayağa qalx bəsdir süründün! Qalx və gözünün içinə dik bax! Dik bax ki, səni çökdürənlər niffrətini hiss etsin, qorxudan saçları ağarsın, nəfəsləri titrəsin, bədənlərindəki tüklər tikan kimi narahat etsin onları. Hara baxacaqlarını çaşsınlar. Hara gedəcəklərini, nə edəcəklərini unutsunlar. Sən isə dim-dik dur! Qorxmadan, çəkinmədən gözlərinin içinə bax!
Sən vurmadın kürəkdən. Sən çəkmədin ayaqdan. Sən yaralamadın ürəkdən. Qanlı gözlərinlə bax onların vicdanlarına. Əgər varsa,... utancın ən ağırını hiss edəcəklər səni çökdürə bilmədiklərini dərk edəndə. Ürəkləri o qədər tez-tez vurmağa başlayacaq ki, qorxu hissinin verdiyi adrenalindən qan başlarına onda çox gedəcək və dərk etmə qabiliyyəti güclənəcək. Vicdanı belə olmasa heyvani instinktləri üzə çıxıb qaçmağa başlayacaqlar səndən. Çaqqallar pələngi yatarkən çökdürməyə çalışarkən pələng ayağa qalxarkən onların qaçdıqları tək. Ya da ovçunun yaralı canavarın yaralı-yaralı onun gözlərinə baxıb ovçunun barmağını tətikdən silhı yerə qoymağa məcbur etdiyi tək. Bəsdir daha dizlərin üstə çiyinlərini bükdün! Hələ 10 sayılmayıb. Knock down olmamısan!
EPSOdS
bottom of page