
HƏYATDA XOŞBƏXTLİKDƏN QORXANIN AXIRI BU QƏDƏR ACIMASIZ OLSUN!
Həyatda Günəşə eynəklə baxıb, ayı yakamozdan görənlərə həsr olunur...
Məndən soruşsanız ki, "Ölüm nədir?", bu suala cavab tapa bilmərəm. Amma ölümü hər daim hiss etdiyimi deyə bilərəm. Hər tələsdiyimdə, hər səbrsiz olduğumda onu hiss edirəm. Ona görə yox ki, tələsərkən və səbrsiz olarkən onunla üzləşirəm. Yox! Ölümün gələcəyi üçün səbrsizlənirəm onu qabaqlamaq üçün tələsirəm ki, məni soyuq qollarına almadan istini hiss edimbu dünyada.
Axı nə qədərdir bir insana biçilən ömür? 100 il, 50 il, 30 il ya da hər aldığın nəfəs qədər? Əgər illərlə ölçülürsə bu həyat onda niyə hər kəs xoşbəxt olmağa tələsmir? Əgər nəfəs qədərdirsə onda niyə insan qarşısına çıxan şansı risk edib digər nəfəsə buraxır?
Mən hər nəfəs aldığımda xoşbəxtliyimi hiss etmək istəyənlərdənəm. İstəmirəm aldığım nəfəsim mənasız yerə içimdə etrafa yayılsın. Elə olacaqsa heç almayım bu nəfəsi. Nə faydası var? Ən yaxşısı ölümün soyuq nəfəsini kürəyimdə hiss edim. Qorxudan bədənimdən soyuq tərlər axsın. O qara mələyin qanadlarının pır-pır səsi qulaqlarımı batırsın. Arxama çönəndə onun al qan qırmızı gözlərinə baxıb mənasız ömrümün hər saniyəsini hiss edim. Peşmançılığımdan kədərlənim, saçlarım ağarsın. Bir anlıq qorxub qaçmaq istəsəm qanla paslanmış orağını batırsın kürəyimə. Özünə çəksin aram-aram. Paslı orağın acımasız qorxusunu kürəyimdə hiss edərək vahimədən hayqırım hər yana, səsimi eşidən olmasın. Yaxınlarım ətrafdan mənim əzab dolu qışqırığıma, fəryadıma baxıb üzlərini çevirsinlər.
Həyatda xoşbəxtlikdən qaçanın axırı bu qədər acımasız olsun. Ölüm adasına atılmış ruh kimi hər daim balaca bir qayığın gəlməsini gözləməyə məruz olsun!
EPSOdS